banner
banner

İdman

"Ozan Kabak bizi razı saldı" - Klopp

"Ozan Kabak bizi razı saldı" - Klopp

"Liverpul"un baş məşqçisi Yurgen Klopp komandanın müdafiəçisi Ozan Kabak haqda danışıb.

Qol.az Britaniya mətbuatına istinadən xəbər verir ki, o, Türkiyə millisinin üzvü haqda müsbət fikirlər səsləndirib: "Ozan 20 yaşında bir uşaqdır. Böyük bir potensiala sahibdir. Son iki mövsümdə oynadığı komandalarda şanslı deyildi. Biri elitanı tərk etdi, digəri də böyük ehtimal eyni aqibəti yaşayacaq. Amma heç kimin onun səviyyəsindən şübhəsi yoxdur. Bizi buna razı saldı və özünü sübut etdi".

Qeyd edək ki, Ozan Kabak “Şalke”dən icarə əsasında “Liverpul”a bu qış keçib. İngiltərə təmsilçisinin onu birdəfəlik alacağı gözlənilir.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.