Hazırda İsrail-İran münasibətlərindəki vəziyyət silahlı qarşıdurma ehtimalı doğurmur. Əgər bu baş versə belə, Vaşinqton necə qərar verəcəyini bilmir.
Axar.az xəbər verir ki, bunu ABŞ silahlı qüvvələri mərkəzi komandanlığının rəhbəri, general Kennet Makkenzi deyib.
“Müharibəyə cəlb olunma ehtimalımızın olmasına inanmıram. Deməzdim ki, biz münaqişənin astanasındayıq, amma belə bir şey olarsa, ABŞ tərəf tutmamalıdır, yəni müharibəyə girməyimiz üçün tələb yoxdur. Əminəm ki, məsafəmizi qoruyaraq bu məsələdə maraqlarımıza uyğun hərəkət edə bilərik”, - general bildirib.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.