banner
banner

İdman

Qvardioladan qələbə şərhi - "Əla oynadıq"

Qvardioladan qələbə şərhi - "Əla oynadıq"

“Oyuna yaxşı başladıq, amma təzyiq hiss etdik. Futbolçuların çoxu üçün bu, ilk Çempionlar Liqası yarımfinalı idi və onlar əllərindən gələni etmək istəyirdi. Birinci hissənin son 10 dəqiqəsi pis olmadı. Fasilədən sonra hər cəhətdən əla oynadıq. Səfərdə iki qol vurduq. 6 gün ərzində bizi çətin oyun gözləyir".

Qol.az xəbər verir ki, bu sözləri "Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola Çempionlar Liqasının yarımfinalında səfərdə PSJ-yə 2:1 hesabı ilə qalib gəldikləri ilk oyundan sonra deyib.

"Bəzən bir az rahatlaşmalı və özün kimi olmalısan. İlk hissədə baş verənlər normaldır, topu itirmək istəmirdik. Ancaq sonra təzyiqimizi bir az gücləndirdik, daha aqressiv olduq. Əlbəttə ki, Mbappe, Neymar, Di Mariyaya qarşı oynamaq asan deyil" - deyə o bildirib.

Qvardiola komandasının oyunundan razı qaldığını söyləyib: "İki qol vurduq və daha çox fərqlənə bilərdik. Oyunumuzdan razıyam, ancaq yolun yarısı geridə qalıb. Qarşıda daha 90 dəqiqə bizi gözləyir. PSJ yaxşı komandadır, hər şey ola bilər.

Dortmund "Borussiya"sından qol buraxdıq, amma yekunda qalib gəldik. Bu matçda da eyni şey oldu. İkinci hissədə özümüzdə idik".

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.