banner
banner

Dünya

Türkiyədə genişmiqyaslı antiterror əməliyyatı başlayıb

Türkiyədə genişmiqyaslı antiterror əməliyyatı başlayıb

Türkiyə Daxili İşlər Nazirliyi Şırnak və Hakkari əyalətlərində “Eren Cudi-Besta” və “Eren Kazan-Oğul” adlı genişmiqyaslı antiterror əməliyyatına başlayıb.

“Report” “TRT Haber”ə istinadən xəbər verir ki, məlumatı Türkiyənin Daxili İşlər Nazirliyi yayıb.

Aksiya Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalında “Pençe Şimşek” və “Pençe Yıldırım” antiterror əməliyyatları ilə eyni zamanda keçirilir.

Əməliyyatda Daxili İşlər Nazirliyinin Jandarma Asayiş Komandanlığı, Jandarma Komandosu, Jandarma Xüsusi Təyinatlı Dəstəsi, Polis Xüsusi Təyinatlıları, Təhlükəsizlik Mühafizəçilərinin 5 280 şəxsi heyəti iştirak edir.

Bu il yanvarın 11-də Türkiyə daxilində başlamış “Eren” adlı antiterror əmıiyyatında indiyədək 22 terrorçu, terrorçularla əməkdaşlıq etmiş 75 nəfər tutulub, terrorçuların gizləndiyi 666 mağara, sığınacaq yeri və onlara məxsus silah-ursat anbarı məhv edilib. Bundan başqa, çoxlu sayda silah-sursat və ərzaq məhulları ələ keçirilib.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.