banner
banner

Dünya

Koronavirusun ən təhlükəli variantı Avropada - daha tez yoluxdurur və öldürür

Koronavirusun ən təhlükəli variantı Avropada -

Fransanın Lo və Qaronna departamentində COVID-19 virusunun Hindistan ştammına yoluxma aşkarlanıb.

Musavat.com “Report”a istinadən xəbər verir ki, bunu Yeni Akvitaniya bölgəsinin regional səhiyyə təşkilatının rəhbəri Benuat Elbod deyib.

Onun sözlərinə görə, yeni ştamm Hindistandan ölkəyə gələn fransızın analizlərinin cavabında aşkar edilib. Hazırda təcrid olunan şəxsin təmasda olduğu insanlar da yoxlanılır.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı COVID-19 virusunun Hindistanda aşkarlanan variantının (B.1.617) dünyada sürətlə yayıldığını və 20-dək ölkədə bu ştammın aşkarlandığını açıqlayıb.

COVID-19 virusunun Hindistan variantı virusun orijinal variantından daha təhlükəlidir. Belə ki, bu variantın yoluxuculuq qabiliyyəti daha yüksəkdir və daha ölümcüldür. Bundan başqa, vaksinlərin qoruyuculuq qabiliyyətinə üstün gələ bilir.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.