Aktrisa Bella Torn uzun müddətdir eşq yaşadığı Bencamin Maskolo ilə evlilik həyatında ilk addım atıb.
Ötən gün cütlük yaxınlarını və tanışlarını ətrafına yığaraq dəbdəbəli nişan mərasimi keçirib.
Yüksək səviyyədə dekorasiya edilən salon və personal xidməti qonaqlar tərəfindən çox bəyənilib. Nişanda ən çox müzakirə edilən isə Bellanın geyindiyi tünd qırmzı rəngli libası olub. Qarın hissəsinə qədər dərin yarığı olan geyim aktrisaya mərasim zamanı bir sıra çətinliklər də yaşadıb.
Nişanın axşama doğru olan hissəsində Bella uzun dərin yarıqlı libasını gödək və açıq-saçıq donla əvəz edib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.