Türkiyəli aktrisa Hülya Avşarın silləsi ilə çənəsi çıxan aktyor Ertuğrul Postoğlu həmin bədbəxt hadisə haqda danışıb.
Axşam.az xəbər verir ki, aktyor H.Avşarın həmin səhnə çəkildiyi zaman çəkindiyini deyib:
"Daha real alınması üçün sürətli və sərt vur dedim. Çəkindiyini gördüm və qəzəbləndirmək üçün "Qartal pəncəsi "Fenerbahçe"liyə nə edə bilər ki" dedim. Əli çox ağır imiş".
Qeyd edək ki, onlar "Masumiyet" serialında ər-arvad obrazına həyat verir.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.