banner
banner

Dünya

Kiyevdə sərt karantin rejimi ləğv edildi

Kiyevdə sərt karantin rejimi ləğv edildi

Ukrayna paytaxtı Kiyev şəhərində koronavirusa yayılma halları azaldığından mayın 1-dən karantin rejimi yumşaldılır.

Kiyev şəhər Dövlət Administrasiyasından AZƏRTAC-a bildiriblər ki, mayın 1-dən paytaxt şəhəri “qırmızı zona”dan çıxarılır, bununla da restoran və kafelərin fəaliyyəti bərpa edilir, ictimai nəqliyyatın hərəkətinə icazə verilir. Bundan başqa sabahdan Kiyevdə ticarət mərkəzləri, bazarlar, idman zalları və fitnes mərkəzləri, əyləncə məkanları fəaliyyətlərini bərpa edəcək.

Mayın 5-dən, həmçinin orta məktəblər, uşaq bağçaları, universitetlər fəaliyyətini bərpa edəcək.

Qeyd edək ki, artıq aprelin sonlarından başlayaraq Ukraynanın bir çox vilayətlərində sərt karantin rejimi ləğv edilməyə başlayıb.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.