Türkiyənin məşhur onlayn alış-veriş platforması "Trendyol”un yaradıcılarıDemet Mutlu və Evren Üçokun ayrılıblar.
Axşam.az türk mediasına istinadən xəbər verir ki, onlar məhkəməyə müraciət edərək qısa müddətdə boşanıblar. Bununla da cütlük gözlərdən uzaq yaşadığı ailə həyatını sonlandırıb. Onların bundan sonra sadəcə dost və şərik olaraq yanyana gələcəyi bildirilib.
Qeyd edək ki, "Trendyol” platforması 2010-cu ildə qurulub. Günbəgün dövriyyəsini milyonlarla dollara çatdıran şirkət 2018-ci ildə hissələrinin 75 faizini Çinin ticarət nəhəngi "Alibaba”ya satıb. Bu satışdan 728 milyon dollar əldə edib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.