banner
banner

Sosİal

İşsizlərin nəzərinə! Dövlət iş yerlərini açıqladı- 15 min AZN maaş

İşsizlərin nəzərinə!

Ölkə üzrə Dövlət Məşğulluq Mərkəzlərində işsiz və iş axtaran vətəndaşlara təklif olunan müxtəlif məvacibli işlərin siyahısı vətəndaşlarda böyük maraq doğurur.

Bu məqsədlə BAKU.WS Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinə sorğu göndərib.

Sorğu zamanı hazırda vətəndaşlara bir çox şəhər və rayonlar üzrə müxtəlif məvacibli işlərin təklif edilməsi üzə çıxıb.

Vətəndaşlar e-sosial.az portalı üzərindən Məşğulluq Alt Sisteminə daxil olaraq işsiz və iş axtaran kimi öz qeydiyyatını apara bilərlər.

Hazırda Məşğulluq Alt Sistemindəki vakansiya bankında minlərlə aktiv vakansiya və iş imkanı mövcuddur. Vakansiyalar üzrə əməkhaqqı işə götürən tərəfindən müəyyən edilir. Vakansiyalar üzrə minimum məvacib ölkə üzrə təyin olunan minimum əməkhaqqı məbləğindən - 250 manatdan 15 000 manatadək dəyişir.

Məlumat üçün bildirək ki, istənilən vətəndaş öz bilik və bacarığına, təcrübəsinə və təhsilinə uyğun olaraq vakansiyalarla tanış ola və həmin iş yerləri üzrə öz müraciətini formalaşdıra bilər. Göndərişlərin işsiz şəxsə uyğunluğu məşğulluq mərkəzləri tərəfindən təsdiq edilərək işə götürənlərə yönləndirilir və daha sonra işə götürən tərəfindən həmin şəxsin meyarlara uyğun olub-olmamasına dair cavab verilir.

İş axtaranlar Məşğulluq Alt Sisteminə daxil olmaq qaydalarını aşağıdakı video vasitəsilə öyrənə bilərlər.

Məşğulluq Alt Sistemində may ayı üçün vətəndaşlara təqdim olunan vakansiyalardan yenilərini sizlərə təqdim edirik:


 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.