banner
banner

Sosİal

“WhatsApp”ın qoyduğu müddət bitir: Bunu etməyən hesablar bloklanacaq

“WhatsApp”ın qoyduğu müddət bitir:

“WhatsApp” mesajlaşma tətbiqetməsinin yeni məxfilik müqaviləsinin 8 fevralda qüvvəyə mindiyini açıqladıqdan sonra yüz minlərlə istifadəçi alternativ tətbiqetmələrə müraciət etdi.

Musavat.com oxu.az-a istinadən məlumat verir ki, qısa müddətdə şirkətin səhmlərinin ucuzlaşmasına baxmayaraq, “WhatsApp” yeni məxfilik sazişinin qüvvəyə minəcəyi tarixin vaxtını uzatmaqla kifayətləndi.

Yeni məxfilik müqaviləsini qəbul etmək üçün son tarixi 15 maydır.

Ondan 120 gün sonra hesablar avtomatik silinəcək.

Şirkətin iddiasına görə, müqaviləni qəbul edənlərin mesajları gizliliklərini qorumağa davam edəcək. Bununla yanaşı, “WhatsApp” abunəçilərinin şəxsi məlumatlarına daxil ola biləcək. İstifadəçilər məkana, alış tarixçəsinə və cihaz məlumatlarına daxil ola biləcəklər. Bu məlumatlar “Facebook”la da paylaşılacaq.

Şirkət telefon nömrələrinin bir müəssisə ilə paylaşılması məsələsinə də aydınlıq gətirib.

Buna əsasən, qərarı istifadəçi verəcək. “WhatsApp” abunəçiləri istənilən vaxt tətbiqi bloklamaq hüququna sahib olacaqlar.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.