“Bakı Metropoliteni”: Bu il bir sərnişini 97 qəpiyə daşıyacağıq
“2021-ci il üçün Bakı metrosunda sərnişindaşıma planı gediş haqqını ödəyən sərnişinlər üçün 194,2 milyon nəfər həddində proqnozlaşdırılıb”.
Bu barədə "Report"un sorğusuna cavab olaraq “Bakı Metropoliteni” QSC-dən bildirilib.
“Azərbaycan Respublikası Nazirlər Kabinetinin Operativ Qərargahının qərarlarına əsasən, metro nəqliyyatı ilə sərnişindaşıma fəaliyyəti 1 iyun 2021-ci il tarixinədək dayandırılıb. Qeyd edilən tarixdən sərnişindaşıma fəaliyyəti bərpa olunarsa, hesabat dövrü üçün gözlənilən 132,6 milyon nəfərlik sərnişindaşıma həcminə uyğun olaraq, bir sərnişinin daşınma xərcinin 0,97 manata təşkil etməsi gözlənilir”, - deyə açıqlamada qeyd edilir.
Qeyd edək ki, normal iş rejimində 1 gün ərzində Bakı metrosu 600 mindən çox sərnişin daşıyır. Tarif (Qiymət) Şurasının tənzimlədiyi qiymətlərə görə, bir sərnişinin daşınma haqqı 30 qəpikdir. Amma “Bakı Metropoliteni”nin açıqladığı rəsmi məlumata görə, bir sərnişinin daşınması quruma 2018-ci ildə 0,52 manata, 2019-cu ildə 0,51 manata, 2020-ci ildə isə 1,54 manata başa gəlib.
1967-ci ildə əsası qoyulan Bakı metrosunun hazırda xətlərinin sayı 3-ə (yaşıl, qırmızı və bənövşəyi), xətlərinin uzunluğu təxminən 40 km-ə, stansiyalarının sayı isə hələ istismar edilməyən “8 Noyabr” stansiyası da daxil olmaqla 26-ya çatır.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.