"Mən çıldağa çox inanıram. Çıldağ evimin 50 metrliyində yerləşir”.
ANS PRESS-in məlumatına görə, bu sözləri “Günə Baxan” verilişinin qonağı olan meyxanaçı Kərim deyib.
Onun sözlərinə görə, çıldağın təməli 20-30 il əvvəl Maştağada qoyulub. Daha sonra Mərdəkən və digər kəndlərə yayılıb.
Meyxanaçı burada tibb və dinlə bağlı heç nə olmadığını deyib. Onun sözlərinə görə, hər şey inancdan asılıdır. "Nəinki mən, bütün kənd camaatı çıldağa inanır. Amma mən sınıqçılara inanmıram”.
Qeyd edək ki, verilişin bugünkü efirinin mövzusu türkəçarə, çıldağ, sınıqçı, çöpçülər barədədir.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.