“O geyimi mən geyinməzdim” – Nigardan “Eurovision” proqnozu FOTO
Azərbaycana “Eurovision”da qalibiyyət qazandıran Nigar Camal bu il ölkəmizi sözügedən yarışda təmsil edən Samirə Əfəndinin ifası və geyimi haqqında danışıb. “10-da görüşək” verilişində qonaq olan Nigar Samirənin TOP 5-likdə yer almayacağını bildirib: “Samirəni TOP 5-likdə görmürəm. Qəşəng qızdır. Lakin onun üçün hazırlanan geyimi mən geyinməzdim”.
Qeyd edək ki, bu il 65-ci dəfə təşkil ediləcək yarışma 18-dən 22-si maya qədər Niderlandın Rotterdam şəhərində keçiriləcək. Azərbaycan təmsilçisi Samirə Əfəndi isə mayın 18-də birinci yarımfinalda çıxış edəcək. O, müsabiqədə “Mata Hari” mahnısını oxuyacaq.
Müğənninin tənqid edilən geyimini Rüfət İsmayıl hazırlayıb.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.