banner
banner

Hərbİ

Vətən müharibəsi şəhidinin cənazəsi Bakıya gətirilir FOTOLAR

Vətən müharibəsi şəhidinin cənazəsi Bakıya gətirilir FOTOLAR

Azərbaycan Ordusunun Vətən müharibəsində şəhid olan hərbi qulluqçusu İbrahimov Təbriz İsmayıl oğlunun cənazəsi Bakıya gətirilir.

“Report”un Aran bürosunun məlumatına görə, mayın 19-da doğulduğu Salyan rayonunun Çadırlı kəndindəki ata ocağına gətirilən şəhidin nəşi bu gün səhər saatlarında Bakıya yola salınıb.

Vida mərasimində Salyan Rayon İcra Hakimiyyətinin rəsmiləri, şəhidin doğmaları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Şəhid T.İbrahimov bu gün Bakıda II Fəxri xiyabanda dəfn ediləcək.

Qeyd edək ki, T.İbrahimov 1992-ci il oktyabrın 8-də Salyan rayonunun Çadırlı kəndində anadan olub.

O, 2020-ci ilin sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi uğrunda gedən döyüşlərə qatılıb.

T.İbrahimov sonuncu dəfə ötən ilin sentyabrın 28-də ailəsi ilə əlaqə saxlayıb. O, Murovdağın azad olunması uğrunda gedən döyüşlərdə itkin düşüb. İki gün əvvəl onun nəşi tapılıb.

Allah rəhmət eləsin!

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.