banner
banner

Dünya

Çində 7,4 bal gücündə daha bir zəlzələ olub

Çində 7,4 bal gücündə daha bir zəlzələ olub

Çinin cənub-qərbindəki Çinhay vilayətində 7,4 bal gücündə zəlzələ olub.

AZƏRTAC Çin Seysmologiya Mərkəzinə istinadla xəbər verir ki, yeraltı təkan Pekin vaxtı ilə gecə saat 2:04-də vilayətin Qoloq Tibet muxtar prefekturasının dəniz səviyyəsindən 4200 metr yüksəklikdə yerləşən Maduo rayonunda qeydə alınıb. Zəlzələ ocağı yer səthindən 17 kilometr dərinlikdə olub.

Yeraltı təkanlar 385 kilometr məsafədə yerləşən vilayətin paytaxtı Sinin şəhərində də hiss olunub. Hələlik insan tələfatı barədə məlumat olmasa da, körpülərin, yol ötürücülərinin dağılması barədə xəbərlər var. Vilayətin zəlzələ hiss olunan yaşayış məntəqələrinin sakinləri bütün gecəni bayırda keçiriblər.

Bildirilir ki, ötən 5 ildə Maduoda 3 baldan yuxarı 25 zəlzələ baş verib.

Qeyd edək ki, mayın 21-də Çinin Yünnan vilayətində 5,6, 6,4 və 5 bal gücündə ard-arda 3 zəlzələ olub. Nəticədə 3 nəfər ölüb, 27 nəfər xəsarət alıb, xeyli evə ziyan dəyib.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.