Müdafiə və milli təhlükəsizlik üçün ayrılan vəsaitin həcmi açıqlanıb
2020-ci ildə Azərbaycanda müdafiə və milli təhlükəsizlik xərclərinə dövlət büdcəsi xərclərinin 16,8%-i həcmində və ya 4 milyard 425,4 milyon manat vəsait ayrılıb.
Trend-in məlumatına görə bu barədə məsələ “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsində əksini tapıb.
Qanun layihəsinə əsasən, bu, 2019-cu illə müqayisədə 1 milyard 63,8 milyon manat və ya 31,6% çoxdur.
Müdafiə qüvvələrinə 1 milyard 627 milyon 553 min 480 manat, milli təhlükəsizliyə 240 milyon 668 min 725 manat, sərhəd xidmətinə 278 milyon 792 min 577 manat, müdafiə və milli təhlükəsizlik sahəsində tətbiqi tədqiqatlara 3 milyon 704 min 889 manat, müdafiə və milli təhlükəsizlik sahəsinə aid edilən digər fəaliyyətlərə 1 milyard 604 milyon 370 min 767 manat sərf olunub.
2020-ci il dövlət büdcəsinin ehtiyat fondundan isə xüsusi müdafiə təyinatlı layihələrin maliyyələşdirilməsi üçün 139 milyon manat ayrılıb.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.
Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.
Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.