Aktyor Engin Altan Düzyatan batareya ilə işləyən avtomobillərə ehtiyacı olduğunu deyən şəxslər tərəfindən aldadılıb.
Axşam.az türk mediasına istinadən xəbər verir ki, Düzyatanla iş adamı Emre Kurala zəng edən bir şəxs bir bələdiyyənin şəxsi köməkçisi kimi tanıdıb. Batareyalı avtomobilə ehtiyacları olduğunu deyən şəxs aktyor və biznesmendən pul istəyib.
Düzyatan həmin şəxsə 3 min lirə göndərib. Daha sonra aldadıldığını anlayan sənətçi Kuralla birlikdə polisə şikayət edib. Dələduzlar polis tərəfindən tapılaraq həb edilib. İki kişi dələduzluğa görə 4 il azadlıqdan məhrum edilib. Hakim cəzanı 1 il 8 ay həbs, 125 gün pul cəzası ilə əvəzləyib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.