ABŞ-ın başçılıq etdiyi koalisiya qüvvələrinə aid qırıcıların bombardmanı nəticəsində İŞİD-in 48 silahlısı zərərsizləşdirilib.
"Report" xarici KİV-lərə istinadən xəbər verir ki, İŞİD-in Mosul şəhərinin şimalındakı Göksəl, Başika Dağ, ət-Təhrir və əl-Berid məhəllələrindəki mövqelərinə hava zərbələrinin endirilməsi nəticəsində 25 terrorçu öldürülüb.
Bağdadın 40 kilometrliyində yerləşən əl-Kurme rayonunun cənubundakı atışmada isə 23 İŞİD silahlısı zərərsizləşdirilib.
Kurmenin cənubundakı əş-Şəhabi əl-Ula, əş-Şəhabi əs-Sani və əl-Meami bölgələri də İŞİD-dən təmizlənib.
Xatırladaq ki, Kurme ötən ay İŞİD terrorçu qruplaşmasının nəzarəti alıtına keçib.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.