banner
banner

Şou

Günel ilk dəfə Reza Zərrabdan danışdı

Günel ilk dəfə Reza Zərrabdan danışdı

"İllər əvvəl olan səs yazısını ortaya çıxarıblar. İndi ağlınıza gəldi? O vaxt dəstək olmayanda, indi dəstək olmağa başlayıb".

Axşam.az xəbər verir ki, bu sözləri müğənni Günel Zeynalova  məşhur stilist Anar Ağakişiyevin "Dəyişən cavab" proqramında deyib. Sənətçi Ebru Gündeşlə yeni boşanan keçmiş sevgilisi, iş adamı Rza Zərrabla bağlı sualları cavablandırıb:

 

"Bir gün biri dedi, mənə sevginin, xəyanətin acısını anlat. Bu nə acı bibər acısıdır, nə başqa bir şey... Onun acısını anlatmaq olmaz".

"Nə vaxtsa o xanımı bağışlayarsan? Onun atası öləndə başsağlığı verdin" sözlərinə ifaçı "Hər kəsi bağışlamışam. Sabah bu həyatda nə olacaq bilmirik. Bu mənim insanlığımdır. Ata-anaya qarşı çox həssasam" reaksiyasını verib.

Günel bildirib ki, Dubayda gəlinlik paltarını seçərkən Rza Zərrab ona ayrılıq mesajı yazıb:

"Bizim münasibətdə maddiyat rol oynamırdı. Bəziləri deyir, sonradan görmüş. Elə deyildi. Bəli, geyinmişəm gəlinliyi. Amma sonrakı peşmançılıq fayda verməz. Yəqin kişiyin içinə şeytan girir. Sonra xətasını anlayır. Xətasını tez anlamışdı, bir həftə sonra".

"Onu yenidən qəbul edərsən" sualına Günel "Nə qədər insan bağışlamıram, qəbul etmirəm desə də, böyük danışmayım. Həyat elə gətirər ki, deyərlər, nə oldu? Ona görə də deməyim. Zaman hər şeyi düzəldəcək" cavabını verib.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Kurtlar Vadisi" sevənlərə şad xəbər - Əfsanə geri dönür!

Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.

30 illik küsülülük bitdi

Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə 30 illik küsülülüyə necə son qoyduqlarını danışıb.

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.