banner
banner

Dünya

Deputatı zibil yeməyə məcbur etdilər- FOTO+VİDEO

Deputatı zibil yeməyə məcbur etdilər-

Ukraynada deputatı zibil yeməyə məcbur ediblər. 
"Sağ sektor" radikal hərəkatin fəalları Dneprodzerjınsk şəhər sovetinin deputatı İqor Lesniçevin ofisinə hücum edərək onu zibil yeməyə məcbur ediblər.
Sifətlərini maskalarla bağlayan fəallar deputatı zorla zibil çəninə soxublar. Burada onun üstünə su töküb zibil yeməyə məcbur ediblər.
Millətçilər bildirib ki, onların bu hərəkət etməsinə deputatın siyasi mövqeyi səbəb olub. Onların fikrincə İqor Lesniçev keçmiş xalq deputatı Oleq Çarev və digər siyasətçilərlə sıx əməkdaşlıq edərək Donetsk ərazisinin müqəddəratının özləri tərəfindən həll olunmasına çalışır.

"Sağ sektor"un sayəsində "zibil lyustrasiyası" Ukraynada məşhurluq qazanıb.

Sözün əsl mənasında arzu olunmayan siyasətçiləri zibil yeşiyinə atmaq onlar üçün ənənə olub. Bəzən döymələrlə müşayiət olunan divan zamanı millətçiləri məmurun yaşı və ya cinsi maraqlandırmır.







Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.