Tanınmış aparıcı Elgiz Əkbər müsahibə verib. O, mayın 9-da olacağı toyu haqda danışıb. - Elgiz bəy, vəziyyətiniz necədir? - Özümü yaxşı hiss etmirdim. Anidən başım gicəllənməyə başladı. Sağ olsun dostlar, təcili yardım çağırdılar. İndi şükür Allaha yaxşıyam. - Bildiyimizə görə, evlənirsiniz, doğrudur? - Bəli, inşallah bu yaxınlarda toyum olacaq. - Evlənəcəyiniz şəxs də tanınmış insandır? - O haqda hələ ki, danışmaq istəmirəm. - Hər bir insanın arzusudur ki, övlad sahibi olsun. Bəs sizin belə bir arzunuz varmı? - Əlbəttə, ən böyük arzularımdan biri övlad sahibi olmağımdır. İstərdim ki, 5 oğlum olsun. Çünki uşaqları çox sevirəm. Allah hər bir insana qismət etsin.(lent.az)
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.