Türkiyə Xarici İşlər Nazirliyi Rusiya prezidentinin 1915-ci il hadisələri ilə əlaqədar "soyqırım" ifadəsini işlətməsi ilə bağlı rəsmi bəyanat yayıb. Cia.az-ın məlumatına görə, bəyanatda deyilir: "Rusiya prezidenti Vladimir Putinin bütün xəbərdarlıq və çağırışlarımıza rəğmən 1915-ci il hadisələrini soyqırım olaraq qiymətləndirməsini rədd edir və qınayırıq. Hüququn açıq şəkildə pozulduğu bu cür açıqlamalar Türkiyə tərəfindən qəbul edilmir. Rusiyanın daim Qafqazlar, Orta Asiya və Şərqi Avropada yüz il boyunca həyata keçirdiyi kütləvi qətliamlar, sürgünlərlə öz tarixində Türk və müsəlman xalqlarına qarşı insanlıqdan kənar əməlləri göz önünə sərildiyində "soyqırım"ın nə olduğunu ən yaxşı özlərinin bilməsini düşünürük. Rusiya prezidentinin Ermənistanın yüzüncü il təbliğat kampaniyasının bir hissəsi olan 24 aprel İrəvan mərasimlərinə qatılması da bu çərçivədə dəyərləndirilməlidir. Türkiyənin dostluğuna önəm verməsi və həssasiyyətlərini nəzərə alması gərəkdiyini gözlədiyimiz Rusiyanın səhv qərar verməsi bölgəmizdəki sülh və rifaha kömək etməyəcək. Rusiyanın bu məsələdə edə biləcəyi bir şey varsa, o da tərəfkeşliyini bir kənara buraxıb Ermənistan və erməniləri Türkiyənin dostluq və sülh çağırışlarına qərəzsiz qarşılıq verməyə təşviq etməsidir".
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev 2027-ci ilin dövlət büdcəsindən bəhs edərkən çox vacib məqamlara toxunub.
Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.