banner
banner

Dünya

Rusiyada miqrantlar üçün qaydalar çətinləşdirilib

Rusiyada miqrantlar üçün qaydalar çətinləşdirilib

Rusiyada miqrantlar üçün yeni qaydalar qüvvəyə minib.

Bu barədə “RİA Novosti” xəbər yayıb. Məlumata görə, rus dili, Rusiya tarixi və qanunları barədə məlumat sertifikatı (icbari imtahandan keçdikdən sonra veriləcək) 3 il müddətində qüvvədə olacaq. Rusiyada yaşamaq icazəsi almaq istəyənlər üçün sertifikat müddətsizdir, lakin yaşayış icazəsi ləğv edilərsə, sertifikat da ləğv ediləcək.

Rus dili imtahanı zamanı əmək miqrantları polisə, poliklinikaya rus dilində müraciət etmək və iş görüşməsindən müvəffəqiyyətlə keçmək (həm şifahi, həm də yazılı) qabiliyyətini təsdiqləməlidirlər.

Bundan başqa, yaşayış icazəsi və ya müvəqqəti yaşamaq icazəsi almaq istəyənlər üçün rus dili imtahanının tələbləri çətinləşdirilib.

Rusiya qanunvericiliyi ilə bağlı imtahanda əcnəbilər əsas hüquq və vəzifələrini, miqrasiya qanununun qaydalarının və pozuntuların nəticələrini (xəbərdarlıq, cəza və ya deportasiya) bildiklərini təsdiqləməlidirlər.

Miqrantlar həmçinin yaşamaq izni almaq üçün Rusiyanın konstitusiya sisteminin əsasları, əmək, mülki və ailə qanunvericiliyinin əsas prinsipləri barədə məlumatlı olduğunu göstərməlidirlər.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.