“Business İnsider” adlı sayt dünyaca məşhur şəxslərin yatmazdan öncə ən son nə etdiklərini yazıb.
Saytın məlumatına görə, ABŞ prezidenti Barak Obama özünü "gecə quşu" adlandırıb. O, axşam yeməyindən sonra vaxtını uşaqları ilə keçirir. Onlar yatdıqdan sonra saat 23:30-a qədər brifinqləri oxuyur, ya da yazması lazım olanları yazır. Saat 00.30 radələrində isə yatır.
“Microsoft”un qurucusu Bill Gates isə demək olar ki, hər gecə 1 saat oxuyur.
“Facebook”un ikinci adamı olan Şerl Sandberq yatmazdan əvvəl elektron poçtlarını yoxlayır və mütləq cib telefonunu söndürür. Yuxudan qalxdıqdan sonra da ilk olaraq, yenə elektron poçtlarını nəzərdən keçirir.
“Huffinqton Postun” qurucusu Arianna Huffinqton yatmazdan öncə, iPad, laptop kimi elektron cihazlarda oxunan kitab əvəzinə "gerçək" kitab oxumağı sevdiyini söyləyir.
Yazar Stepen Kinq yatmazdan öncə sadəcə, dişlərini fırçalayıb, əllərini yuyur. Yatarkən əllərini yumasının səbəbini bilmədiyini deyən məşhur yazar yastıqların eyni tərəfə baxmasına və yastıq üzlərinin açıq tərəflərinin özündən uzaq olmasına diqqət etdiyini söyləyir.
Daha əvvəl “Google”da direktor olan Keval Desai diqqətini toplaya bilmək üçün gecələr çalışdığını söyləyir.
ABŞ-ın qurucularından biri olan ixtiraçı Benjamin Franklin hər gecə özündən eyni sualı soruşurmuş: "Bu gün faydalı olacaq nə etdim?"
İkinci Dünya Müharibəsi zamanı İngiltərənin baş naziri olan U.Çörçil axşamlar viski-soda içir, kiçik bir şirniyyat yeyir, ardından isə gecə yarısına qədər işləyirmiş.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.