banner
banner

Gündəm

Azərbaycanlı türk bayrağını tək başına qorudu

Azərbaycanlı türk bayrağını tək başına qorudu
ABŞ-da fəaliyyət göstərən erməni lobbisi aprelin 24-də Ağ ev qarşısından Türkiyənin Vaşinqtondakı səfirliyi önünə kimi yürüş təşkil edib.
Qanunsuz təşkil edilmiş yürüşə nədənsə Amerika polisi müdaxilə etməyib. Yürüş zamanı türk bayrağını yandırmaq istəyən ermənilərə qarşı ərazidən keçən bir nəfər azərbaycanlı müdaxilə edib və yerə salınmış Türkiyə bayrağını qaldırıb. Bu zaman ermənilər həmin azərbaycanlının üzərinə hücum çəkib, ona xəsarət yetiriblər.
Ermənilərdən müdafiə olunmaq istəyən soydaşımızı isə ABŞ polisi saxlayıb. Hazırda onun vəziyyəti ilə bağlı heç bir məlumat verilmir.
Qeyd edək ki, Türkiyənin aparıcı media orqanları bu hadisə ilə bağlı “manşet” xəbərlər hazırlayıblar.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.