banner
banner

Dünya

İran Putindən 4 milyard istəyir

İran Putindən 4 milyard istəyir

Rəsmi Moskva Tehrandan Beynəlxalq Arbitraj Məhkəməsində qaldırdığı iddianı geri götürməyi xahiş edib.
Cia.az xəbər verir ki, İran Beynəlxalq Arbitraj Məhkəməsinə müraciət edərək 2010-cu ildə S-300 raket komplekslərini vaxtında çatdırmadığı üçün Rusiya qarşısında 4 milyard dollar cərimə ödəməsi tələbini ortaya qoyub.
Avstriya paytaxtı Vyanada İranın nüvə proqramı ilə bağlı problemin nizama salınması üzrə "Altılıq" ölkələrinin siyasət rəhbərlərinin koordinasiya görüşündə iştirak edən Rusiya nümayəndə heyətinin başçısı, xarici işlər nazirinin müavini Sergey Ryabkov bu məsələ barədə açıqlama verib.
O deyib ki, biz ikitərəfli görüşdə bu barədə ciddi danışdıq və Tehranın bu iddianı geri götürməsini xahiş etdik. 

Bu il aprelin 13-də isə Prezident Vladimir Putin S-300 zenit raket sistemlərinin Tehrana çatdırılmasına qoyulan qadağanı ləğv edib. Lakin İrana S-300 zenit-raket komplekslərinin çatdırılmasına yaxın vaxtlarda başlamaq çətin olacaq.

Tehran isə hələ aprelin 15-də açıqlayıb ki, 2015-ci ilin sonuna kimi raket komplekslərini gözləyir.

Xatırladaq ki, 2010-cu ilin sentyabrında BMT-nin Təhlükəsizlik Şurası Moskvaya qarşı İrana S-300 raket sistemlərinin çatdırılmasına qadağa qoyulması haqqında qərar qəbul edib. Tehran Rusiya tərəfindən 4 milyard dollar təzminat ödənməsi tələbi ilə Beynəlxalq Arbitraj Məhkəməsinə müraciət edib.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.