Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) son bir həftə ərzində dünyada yeni koronavirusa yoluxma nisbətinin 12 % azaldığını bildirib.
Bu barədə təşkilatın bülleteninə istinadla məlumat yayır.
"Yeni xəstəlik və ölüm hallarının sayı azalmağa davam etdi: 7-13 iyun ərzində 2,6 milyondan çox yoluxma və 73 mindən çox ölüm barədə xəbərlər gəlib ki, bu da əvvəlki həftə ilə müqaisədə müvafiq olaraq 12 % və 2 % azalma deməkdir".
Yeddi gündə dünyada 2 655 782 yeni yoluxma və 72 528 ölüm qeydə alınıb. 13 İyuna qədər ümumilikdə 175 333 154 yoluxma və 3 811 561 ölüm baş verib.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.