Rusiyada üçüncü Çeçenistan müharibəsinin başlayacağı açıq-aydın görünür. Bu barədə post-sovet ölkələri üzrə amerikalı ekspert Pol Qobl bildirib. Onun sözlərinə görə, Rusiya prezidenti Vladimir Putin Ukraynada düşdüyü dalandan çıxmaq və Qərblə münasibətləri yoluna qoymaq üçün Çeçenistan müharibəsinə başlayacaq. Pol Qobl fikrini belə əsaslandırıb: "Çeçenistan lideri Ramzan Kadırov bəyan etdi ki, onun razılığı olmadan respublika ərazisində əməliyyat keçirən digər regionların təhlükəsizlik qüvvələri yerindəcə güllələnəcək. Daha sonra isə Rusiya xarici işlər naziri Sergey Lavrov açıqlama verdi ki, Rusiyanın əsas düşməni İŞİD radikal terrorçu qruplaşmasıdır. Bu açıqlamalar Rusiya ərazisində yeni konfliktin yaranması üçün proloq ola bilər"
Qobl hesab edir ki, Çeçenistan müharibəsi Putin üçün bir çox müsbət nəticələr verəcək: "Birincisi, o, Qərbin aqressiyasını Ukraynadan yayındıracaq. Moskva mesaj verəcək ki, onlar radikal islamçılara qarşı Qərblə mövqedədir. İkincisi, Putin vətənpərvər lider kimi ölkədə daha da çox nüfuz qazanacaq".
Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.
Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) tərəfindən son günlərdə Dövlət Yol Polisinin adından vətəndaşlara qarşı həyata keçirilən fişinq hücumlarının artdığı müşahidə olunur.