banner
banner

Hərbİ

Türkiyə Azərbaycanda PUA istehsalının təşkili imkanlarını araşdırır

Türkiyə Azərbaycanda PUA istehsalının təşkili imkanlarını araşdırır

"Bəzi məsələlərdə təkrarçılıq etmək yerinə, yatıracağımız investisiya həm Türkiyə, həm də Azərbaycana faydalı olmalıdır".

APA-nın “Hürriyət” qəzetinə istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin Müdafiə Sənayesi İdarəsinin direktoru İsmayıl Dəmir Antalya Diplomatiya Forumu çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Türkiyə və Azərbaycan müdafiə sənayesi sahəsində hər iki ölkəni gücləndirəcək əməkdaşlığa başlamalıdır.

“Azərbaycanla bağlı “Tək millət, iki dövlət” deyirik. Dediyimiz kimi də hərəkət etməli olduğumuzu düşünürəm. Hesab edirəm ki, istənilən investisiya bir-birimizin çatışmazlığını aradan qaldırmalıdır. Azərbaycanda PUA istehsal edən müəssisə qurmaq nə qədər səmərəli olar? Bunu edək və ya başqa bir variant düşünək? İki ölkənin bir-birini tamamlayacağı və gücləndirəcəyi bir əməkdaşlığa getməsini düşünürük”, - deyə İ. Dəmir vurğulayıb.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.