banner
banner

Dünya

Rusiyada əhali çiplənəcək - proqram hazırlanır

Rusiyada əhali çiplənəcək - proqram hazırlanır

Rusiya hökuməti vətəndaşlarını çipləmək barədə yeni bir proqram hazırlayır.

Bu barədə “Kommersant” xəbər verir.

Bildirilir ki, yeni proqrama əsasən, insanların beyninə xarici cihazlardan məlumatların birbaşa ötürülməsi üçün mikro kompüterlərin yerləşdirilməsi təklif olunur.

Nəşrə görə, sənəd Rusiya Elmlər Akademiyası tərəfindən Moskva Dövlət Universiteti ilə birlikdə düşünülüb və hazırlanıb, eyni zamanda mart ayında Rusiya prezidenti Vladimir Putin tərəfindən də təsdiqlənib. Putin Baş nazir Mixail Mişustin və Prezident Administrasiyasının başçısı Anton Vaynoya bu işi görməyi tapşırıb.

Yeni “Beyin, Sağlamlıq, İntellekt, İnnovasiya” federal proqramı üçün 2029-cu ilə qədər 54 milyard rubl (1 255 900 000 manat) lazımdır. Layihə, xüsusən də beyin siqnallarını istifadə edərək xarici cihazları idarə etməyə imkan verən bir sıra aparat sistemləri - neyrointerfeys texnologiyalarının inkişafını əhatə edir.

Sənəd müəllifləri bu texnologiyalar üçün elmi bazanın yaradılması və qabaqcıl prototiplərin kütləvi şəkildə istehsal olunmasının vacibliyini qeyd edirlər. Beləliklə, mürəkkəb sistemlərin həm birbaşa, həm də uzaqdan idarə olunması üçün “insan-texnologiya” interfeyslərinin uzaqdan mövcudluq prinsipi, avatar əsasında yaradılması planlaşdırılır.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.