banner
banner

Dünya

İsrail də o ölkəyə kömək göndərir

İsrail də o ölkəyə kömək göndərir

Ötən gün Nepalda yaşanan təbii fəlakət nəticəsində dağıntıların altında qalanların çıxarılması və xəsarət alanlara yardım üçün bir sıra dünya ölkələri yardım həyata keçirib. 
Nepalda baş verən güclü zəlzələdən sonra oraya yardım göndərməyi planlaşdıran ölkələrdən biri də İsraildir. Bu barədə ölkənin ordu sözçüsü Piter Lörner tvitter hesabında məlumat verib. 
“İsrail ordusuna aid Hava Qüvvələri təyyarəsi yaxın bir neçə saatda Təl-Əvivdən Katmanduya tibbi yardım üçün göndəriləcək”, - deyə İsrail ordusu nümayəndəsi bildirib. 
Bundan başqa, İsrailin baş naziri Binyamin Netanyahu da nepallı həmkarı Suşil Koiralaya ünvanladığı məktubda ölkəsinin baş verən hadisəyə görə kədərləndiyini, kömək üçün əllərindən gələni edəcəklərini açıqlayıb.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.