CAS Nurlan İbrahimovun UEFA-dan şikayətinə baxacaq
"Qarabağ"ın keçmiş mətbuat katibi Nurlan İbrahimovun UEFA-nın Nəzarət, Etika və İntizam Komitəsinə qarşı iddia ərizəsinə İdman Arbitraj Məhkəməsində (CAS) avqustun 31-dək baxılacaq.
Bu barədə "Report"a İbrahimovun özü məlumat verib. Sabiq klub rəsmisi bildirib ki, bu yaxınlarda CAS ona müvafiq məktubu göndərib. Məktubda şikayətə baxılma gününün qarşıdakı iki aya təyin olunacağı göstərilib.
Qeyd edək ki, UEFA-nın Nəzarət, Etika və İntizam Komitəsi münaqişəsi zamanı feysbukda ermənilərlə bağlı paylaşımına görə Nurlan İbrahimovu futboldan ömürlük kənarlaşdırıb. Həmçinin "Qarabağ" 100 000 avro məbləğində cərimələnib. İbrahimov yanvarın 19-da klubdan ayrıldığını açıqlayıb.
İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.
Bərdə rayonunda "SkyFit" idman zalında yoxlama keçirilib, mənşəyi bilinməyən idman qidaları aşkarlanıb.
Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb