Rusiyda “gecə canavarları” klubunun baykerləri Avropaya motoyürüşə başlayıblar. Rusiya prezidenti Putinin tərəfdarları olan qrup üzvlərinin bu səfəri ikinci dünya müharibəsi nəticəsində əldə olunan qələbənin 70-ci ildönümünə həsr olunub. Baykerlər 9 may qələbə gününü Almaniyanın paytaxtı Berlində qeyd etməyə hazırlaşır. Motoyürüşün marşrutu isə Minsk, Brest, Brno, Bratislava, Vyana və Münhen şəhərlərindən keçir. Lakin yürüşün baş tutub-tutmayacağı şübhə altındadır. Belə ki, Polşa rəhbərliyi “gecə canavarları”na Avropaya daxil olmaq üçün viza verməyəcəyini açıqlayıb. Baykerlər isə, belə olan halda, avtokarvan şəklində deyil, tək-tək, müxtəlif nöqtələrdən Avropaya girməyə çalışacaqlarını bildiriblər. Avropalı rəsmilər motoyürüşü təxribat adlandırıblar. Hətta, bəzləri bu yürüşü Rusiyanın Avropaya təcavüzü hesab edib. Rusiya hökuməti Polşanın yürüşə əngəl olmaq niyyətini siyasi motivli addım adlandırıb.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.