Dağıstanda məhv edilmiş silahlı dəstənin üzvləri İŞİD-ə sadiqlik andı içmişdilər. Cia.az-ın məlumatına görə, bu barədə Rusiyanın terror əleyhinə milli komitəsi məlumat yayıb. Məlumata görə, əməliyyat zamanı Mahaçqala bölgəsinin səhra komandiri Arsanali Kambulatov və Kaspiysk səhra komandiri Muhutdin Mazanov həlak olublar. Rusiya tərəfi onları polisə hücumlar və Dağıstanın müxtəlif bölgələrində partayışlar təşkil etməkdə günahlandırır. Terror əleyhinə milli komitədən dünən yayılan xəbərlərə görə, Karabudaxkent rayonun Novıy Paraul kəndinin yanında silahlı şəxslər mühasirəyə alınıb. Qısa müddətli döyüşdən sonra onlar öldürülüb. Hadisə yerindən gizli istehkam aşkarlanıb. İstehkamda 140 kiloqram selitra, 3 kiloqram plastida, 6 min patron, 8 qumbara, avtomat və tapançalar ələ keçib.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.