Yer üzündə elə bir insan yoxdur ki, başağrısından əziyyət çəkməsin. Bu ağrıya müxtəlif vasitələr səbəb olur. Başağrısının bir neçə növü var. Onun ilkin əlaməti miqrendir. Miqren sonradan yaranmır, insan bu xəstəliklə doğulur. Bu zaman ağrılar daha güclü olur, insan ürəkbulanmadan əziyyət çəkir, səsə qarşı həssaslıq artır. Miqren zamanı tərkibində aminturşusu olan ərzaqlar yemək ağrıları azaldır: pendir, şokolad, çərəz. Əgər miqren ağrılarından birdəfəlik xilas olmaq istəyirsinizsə, onda bir yumurtanı yaxşıca çalıb, üzərinə qaynar süd töküb için. Bunu bir neçə gün davam etdirin. Ağ zanbaq: 2 xörək qaşığı ağ zanbağın soğanağından və eyni miqdarda çiçəyindən götürüb, 1 stəkan duru yağın içərisinə töküb, gün düşən yerə qoyub, 20 gün saxlayın (hər gün qarışdır). Başının ağrıyan hissəsini bu yağla masaj edin.
Təzyiq Yəqin ki, sizə bu hiss tanışdır: elə bil başımın üstünə ağır dəmir parçası qoyulub, elə bir ağırlıq və yorğunluq hiss edirəm ki... Bəzən buna təzyiq diaqnozu qoyulur. Təzyiq zamanı ürəkbulanma da müşayiət olunur. Bu, əsasən depressiyanın, stresin, yorğunluğun əlamətidir. Bu zaman çoxlu vitamin qəbul etmək və gün ərzində ən azı 8 saat yatmaq vacibdir. Sakitləşdirici: pişikotu kökündən, nanədən, göycəçiçək, yağıotu, boğazotundan eyni miqdarda götürüb, çay kimi dəmləyib içmək təzyiqi aradan qaldıra bilər.
Soyuqdəymə zamanı bir çox insan burun axıntısından, boğaz ağrısından və digər narahatlıqlardan tez qurtulmaq üçün xalq təbabəti üsullarına müraciət edir. Lakin uşaqlıqdan eşitdiyimiz və illərdir istifadə etdiyimiz bəzi üsullar sağalmağa kömək etmək əvəzinə, vəziyyəti daha da ağırlaşdıra bilər.
Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.
Payızda tez yorulmaq, üşümək və davamlı şirniyyat yemək istəyi bəzən sadəcə gün işığının azalması ilə deyil, sağlamlıq problemləri ilə də bağlı ola bilər.
Beynəlxalq tədqiqat ultra emal olunmuş qidaların qəbulu ilə bağırsaq xərçəngi riski arasında ümumi əlaqə aşkar etməsə də, bəzi qida qruplarının fərqli təsirlərlə əlaqəli olduğunu üzə çıxarıb.
Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.
Yatmazdan əvvəl serial izləmək və ya audiokitab dinləmək əvəzinə yağışın, dəniz dalğalarının, meşənin və ya çəmənliyin səslərini dinləmək həm yuxunun keyfiyyətini yaxşılaşdıra, həm də insanın emosional vəziyyətinə müsbət təsir göstərə bilər.
Kardioloq xəbərdarlıq edir ki, həddindən artıq isti və rütubətli hava ürəyin iş yükünü artıraraq infarkt riskini yüksəldə bilər. Xüsusilə yaşlı insanlar, xroniki xəstəliyi olanlar və ürək dərmanları qəbul edən şəxslər yay aylarında daha ehtiyatlı olmalıdırlar.
Britaniyalı ümumi praktika həkimi Əmir Xan əlavə xərc tələb etməyən, lakin fiziki və psixi sağlamlığı yaxşılaşdıra bilən beş səhər vərdişini sadalayıb.