Çin ordusunun Moskvada keçiriləcək 9 may Qələbə paradında iştirak edəcək hərbi qulluqçuları artıq Rusiya paytaxtındadırlar. Çin ordusunun parad birləşməsində 110 hərbi qulluqçu yer alır. Onlar aprelin 25-də Çkalovsk hərbi hava limanına gəliblər. Daha sonra Marfino hərbi sanatoriyasına yerləşdiriliblər. Onlar məşqləri sanatoriyada keçirəcəklər. "Çinin Rusiyadakı səfiri Li Xuey daha önjə bildirib ki, ölkəsi tərəfindən Moskva Qızıl meydanına parad birləşməsinin göndərəlməsi ilk dəfədir ki, baş verir. Bu iki ölkə arasında strateji əməkdaşlıq, həmçinin münasibətlərin yüksək səviyyəsi barədə zəngin təsəvvür yaradır", - deyə Çinin “Sinxua” agentliyi yazır. İki ölkə arasında münasibətlər hələ Stalinlə Mao Se Dun zamanından korlanmışdı.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.