banner
banner

İdman

Amerika Kuboku: Braziliya və Peru yarımfinala yüksəldi

Amerika Kuboku: Braziliya və Peru yarımfinala yüksəldi

Futbol üzrə Amerika Kubokunda ilk yarımfinalçılar müəyyənləşib.

"Report"un məlumatına görə, 1/4 final mərhəlsənin açılış oyununda Peru və Paraqvay komandaları üz-üzə gəlib.

Qarşılaşmanın əsas vaxtı 3:3 hesabı ilə yekunlaşıb. Penaltilər seriyasında 4:3 hesablı qələbə qazanan Peru seçməsi yarımfinala yüksəlib.

Bu raundun digər görüşündə isə Braziliya yığması Çilini sınağa çəkib. 46-cı dəqiqədə Lukas Paketanın qolu "sambaçılar"a qələbə qazandırıb. 5 qat dünya çempionu yarımfinalda Peruya rəqib olub.

Qeyd edək ki, 1/4 final mərhələsinin digər oyunlarında Uruqvay Kolimbiya ilə, Argentina isə Ekvadorla görüşəcək. Qarşılaşmalar iyulun 4-də olacaq.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.

21 yaşlı Arda Gülərlə bağlı ŞOK İDDİA yayıldı – SON DƏQİQƏ

İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.