Türkiyə məhkəməsi gündəlik həyatda baş verən münaqişələrin az qala hamısında deyilən "lan" sözünü işlədənlərə həbs cəzası istədi. Cia.az-ın məlumatına görə, bu sözün təhqir iddiası səbəbilə məhkəməyə üz tutanların çoxluğu mövzunu gündəmə gətirib. Təhqir iddialarına baxan Cəza Dairəsi bu iddialarda, "lan" sözünün kobud və narahatedici olaraq qəbul edib verilən cəzaları pozur, bəraət qərarlarını da təsdiqləyirdi. Ancaq bu dəfə mövzu cəza iddialarındakı son qərar yeri olan Baş Cəza Məhkəməsində müzakirəyə çıxarılıb və bu sözün təhqir olduğuna qərar verildi. İddiaya mövzu hadisə, Ankaranın Beypazarı mahalında yaşanıb. Atilla adlı şəxs bir iş üçün gəldiyi polis bölməsidə mübahisə edərkən polisə "Yetər, lan" ifadəsini işlətdi. Kişinin polisə belə müraciət etməsi təhqir olaraq qəbul edilir və hadisə ilə bağlı protokol hazırlanır. Atilla barəsində "təhqir" maddəsilə cinayət işinə başlanır və məhkəmə ona 1 il 2 ay həbs cəzası verib. Cəza 7 min lirə pul cəzasına çevrildi.
Məhkəmənin qərarından narazı olan Atilla Appelyasiya məhkəməsinə şikayət edir. Appelyasıya məhkəməsi məsələni həll edə bilmədikdə işə Baş Prokurorluq qarışır. Cavabdehin "lan" sözünü polisə təhqir etmək niyyətilə söyləyərək onu təhqir etdiyini, polisin şərəf və şərəfini alçaltdığını bildirdi. Məhkəmənin qərarı qüvvədə qaldığından Atilla 7 min türk lirəsi cəza ödəməli olacaq və bundan sonra da məhkəmələr "lan" sözünü təhqir qəbul edəcək.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev 2027-ci ilin dövlət büdcəsindən bəhs edərkən çox vacib məqamlara toxunub.
Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.