banner
banner

Sosİal

Xəzərdə boğulmalar artıb - səbəb təkcə insan amili deyil

Xəzərdə boğulmalar artıb -

Yay gəldi, çimərlik mövsümü açıldı. Artıq çimərliklərdə boğulma təhlükəsi ilə üz-üzə qalan 64 nəfər xilas edilib. Dəniz çimərliklərində boğulanların sayı da hər ötən gün artır. Neftçalada bir gündə 3 nəfər boğulub. Onlardan ikisi ata və oğuldur.

Təkcə iyunun 28-də Xəzərdə batmaq təhlükəsi ilə üzləşən 5 nəfər xilas edilib. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.  Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən “Neftçala”, “Bilgəh”, “Qobustan”, “Şüvəlan” sularda xilasetmə məntəqələrinin ərazisində və 3 halda məntəqədən kənarda (qeyri-çimərlik ərazi) çimərkən batma təhlükəsi ilə üzləşən 5 nəfər xilas olunub. Astarada 66 yaşlı kişi dənizdə boğularaq ölüb. Rayonun Şiyəkəran kənd sakini, 1955-ci il təvəllüdlü Vətən Ağadadaş oğlu Məcidov Xəzər dənizində batıb. Mərhumun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Bakıda yaşayan V.Məcidov yaxın qohumlarından birinin dəfnində iştirak etmək üçün rayona gedibmiş.

Xaçmaz rayonunun Nabran kəndi ərazisində 2 nəfər dənizdə çimərkən boğulub. Boğulanlar Quba rayonunun Aşağı Atuc kənd sakinləri Naib Nadir oğlu Talıbov və Nemət Sarvan oğlu Hüseynovdur. Hər iki şəxsin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq dənizdən çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Gənc musiqiçi Xəzərdə boğuldu - Xalq.Az

Neftçala sakini dənizdə boğulub. 1976-cı il təvəllüdlü Ş.Manafov olduğu güman edilir. Hadisə dənizin nəzarətsiz hissəsində baş verib.

Bəs Xəzərdə boğulmamaq üçün nə etmək lazımdır? Boğulmaların əsas səbəbləri hansılardır?

Mütəxəssislər Xəzər dənizində boğulmaların səbəbini, əsasən ucu-bucağı görünməyən hasarlar, küləkli hava, onun Xəzərdə yaratdığı sualtı burulğanlar, bəzi şəxslərin suda bəhsə girib daha uzağa üzməyə çalışması, alkoqollu içki qəbulundan sonra suya girmək və valideynlərin uşaqlarını çox qısa müddətə olsa belə diqqətsiz qoyması ilə əlaqələndirirlər.

İqlimlə əlaqədar olaraq, Xəzər dənizində ilin 250 günü küləkli hava müşahidə olunur. Nəticədə dənizdə uçqun, yarğan və burulğanlar əmələ gəlir. Azərbaycan qanunvericiliyinin tələbinə görə, küləyin sürəti saniyədə 10 metri keçirsə, yəni təxminən 6-7 bal gücündə olarsa, o zaman dənizə girmək qadağandır, təhlükəlidir və məsləhət görülmür. Təhlükə ilə bağlı edilən bütün xəbərdarlıqlara rəğmən insanlar yenə də küləkli havalarda suya girirlər. Mütəxəssislər hesab edirlər ki, yaxşı üzə bilən şəxslərin “bacarıramsa, deməli, istədiyim yerə qədər üzə bilərəm” deyib məsafəni hesablamaması da boğulmalara səbəbdir. Sağlamlıq, insan bədənin suda verdiyi reaksiyalar, qıcolma ehtimalı kimi müxtəlif amilləri mütləq nəzərə almalıdırlar. Boğulma faktlarının varlığı onu deməyə əsas verir ki, bu məsləhətlərə o qədər də əhəmiyyət verilmir.

Xəzərdə 19 yaşlı gənc BOĞULDU - son xeberler

Dəniz sahilinin çimərlik üçün yararlı ərazilərin hasarlanması da boğulmaların sayında özünü göstərir. Dəniz səviyyəsinin tədricən dərinləşdiyi ərazilər bu gün hasarlarla əhatələnib. Əksinə, ləpədöyəndən başlayaraq qəfil dərin olan ərazilər baxımsız, nəzarətsiz və əhalinin aztəminatlı hissəsinin ixtiyarındadır. Odur ki, nəzarətdən kənar çimərlik əraziləri əsasən daha təhlükəli, daha dərindir. Bu cür reallıqlar özünü boğulma statistikasında da göstərir. Hər ötən il dəniz sahili daha çox hasarlanır, boğulanların sayı da müvafiq olaraq artır. Rəsmi qurumların apardıqları monitorinqlər də bu reallığı təsdiq edir. Aparılan reydlər zamanı məlum olub ki, suda batma halları əsasən çimmək üçün qadağan olunmuş, nəzarət edilməyən ərazilərdə baş verir. O zaman insanlar niyə çimmək üçün qadağan olunmuş ərazilərdə suya girirlər?

Səbəblər çoxdur. Sahil zolağının hasara alınması, çimərliklərə girişin pullu olması, ictimai çimərliklərin təlabatdan qat-qat az olması və s. hallar vətəndaşları ölüm təhlükəsi ilə üz-üzə qoyur. Bu gün Abşeron yarımadasında 6 ictimai çimərlik fəaliyyətdədir. Həmin çimərliklərin üst-üstə əhatə etdiyi ərazi cəmi 2 kilometr 400 metrdir. Bu da dəniz çimərliklərinə istirahətə getmək istəyənlərin sayına nisbətdə olduqca kiçik bir ərazidir. Üstəlik, ictimai çimərliklər əlverişsiz ərazilərdədir. İctimai çimərliklərin sayının artırılması, dəniz sahillərindəki qanunsuz tikilən hasarların sökülməsi dəniz çimərliklərində boğulmaların sayının azalmasına gətirə bilər.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.