Keçmiş deputat qardaşını satdı: Pulları o mənimsəyib
Bakı Ağır Cinayətlər Məhkəməsində keçmiş deputat Rafael Cəbrayılovun işi üzrə sabah növbəti məhkəmə prosesi keçiriləcək.
Sabahkı prosesdə zərərçəkənlər ifadə edəcək. Eyni zamanda, onların şikayətlərini geri götürüb-götürməmək istədikləri soruşulacaq. Adının çəkilməsini istəməyən zərərçəkənlərdən biri açıqlamasında bildirib ki, onlar şikayətlərini geri götürmək niyyətində deyillər:
“Biz sona qədər mübarizəmizi davam etdirəcəyik. Rafael Cəbrayılov neçə ildir ki, bizi yollarda qoyub. O bizdən qəpik-quruş almayıb ki, şikayətimizi geri götürəcək. Külli miqdarda pulumuzu mənimsəyib. Biz o pulları borc götürüb Rafael Cəbrayılova vermişik. Ona görə də pulları qaytarmağı tələb edirik və edəcəyik”.
Əldə etdiyimiz başqa bir məlumata görə, ötən prosesdə Rafael Cəbrayılov baş verənlərə görə qardaşı Elşən Cəbrayılovu ittiham edib. Keçmiş deputat iddia edib ki, borc aldığı şəxslərin pullarını qardaşı mənimsəyib.
Rafael Cəbrayılov həmçinin bildirib ki, digər qardaşı Rauf Cəbrayılov və bacılarının əmlaklarını o alıb.
“Rafael Cəbrayılov dedi ki, onların əmlakı olmayıb. Onun sözlərinə görə, guya onları ev-eşik və var-dövlət sahibi edən özü olub. İndi o, həmin əmlakları geri tələb edir. Deyir ki, qaytarsınlar, satıb borclu olduğum şəxslərin pulunu verim”, - deyə mənbə bildirib.
Rafael Cəbrayılovun işi üzrə 11 nəfər zərərçəkmiş qismində tanınıb. Keçmiş deputat onlardan toplam olaraq 2 milyon 571 manat pul alıb.
Milli Məclisin III, IV və V çağırış (2005-2019) deputatı olmuş Rafael Cəbrayılov CM-nin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham olunur.
Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.
Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) tərəfindən son günlərdə Dövlət Yol Polisinin adından vətəndaşlara qarşı həyata keçirilən fişinq hücumlarının artdığı müşahidə olunur.