banner
banner

İdman

“Legiya”nın baş məşqçisi Mahirin rəsmi debütündən danışdı

“Legiya”nın baş məşqçisi Mahirin rəsmi debütündən danışdı

Polşa "Legiya"sının baş məşqçisi Çeslav Mixneviç komandanın azərbaycanlı hücumçusu Mahir Emrelinin Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində Norveç "Bodo-Glimt"i ilə ilk oyunda (3:2) dubl etməsini şərh edib.

Qol.az Polşa mətbuatına istinadən xəbər verir ki, o, millimizin üzvünün əsl hücumçu kimi oynadığını bildirib:

"İkinci qol ondan gözlənilən ustalığın nəticəsi idi. Həmişə hücumçunun müdafiə planında çox çalışmasını istəyirəm. Bu baxımdan onun etdikləri bizə kömək oldu. Çünki rəqib topa çox yaxşı sahib idi. Amma bir neçə dəfə olmalı olduğu yerdə deyildi. Bu barədə mütləq danışacağıq və bu məqamları yaxşılaşdırmağa çalışacağıq. Ümumi debütünə gəlincə, ümidverici oldu. Qol vurduğunuz zaman ətrafınızdakı insanlar sizə inanmağa başlayırlar. Bu, hücumçu üçün çox vacibdir".

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.