banner
banner

Sosİal

Azərbaycanda maraqlı olay: Messinin adından toylara pul yazdıran kimdir?

Azərbaycanda maraqlı olay:

Azərbaycanda toylara futbol üzrə Argentina milli yığmasının və "Barselona"nın kapitanı, ulduz futbolçu Leonel Messinin də adından nəmər salınır.

Bu ənənəni "Barselona” futbol klubunun azarkeşi, Messinin fanatı, jurnalist Ramin Deko yaradıb. Jurnalist Fanat.Az-a açıqlamasında bildirdi ki, artıq bir neçə ildir getdiyi bütün toylara Messinin adından nəmər salır. Onun sözlərinə görə, ulduz futbolçunun adından salınan nəmərin məbləği simvolik olaraq 1 AZN təşkil edir:

"Onlarla toya Messinin adından 1 manat yazdırmışam. Adətən nəməri "Mes Que Un BeyGelin” şüarı ilə yazdırıram. "Mes Que Un Club” "Barselona” futbol klubunun devizidir. Mənası "Bir klubdan daha artıq” deməkdir. Mən "club” sözünü "bəy” və "gəlin” sözləri ilə əvəzləmişəm. Bütün bunlar "Barselona”ya və Messiyə aşırı rəğbətimdən irəli gəlir, həm də bir növ mənim üçün əyləncədir”.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.