Bakının Nizami rayonunda keçirilən toy məclisində görünməmiş hadisə baş verib. Nizami rayon Polis İdarəsindən verilən məlumata görə, aprelin 25-də “Xudafərin” şadlıq sarayında keçirilən toyda bəylə gəlin arasında şəxsi münaqişə zəmnində dava düşüb. Dava zamanı bəy gəlinini vurub. Sonradan davaya toya gələn qonaqlar müdaxil ediblər. Qonaqların müdaxiləsindən sonra ara sakitləşib və toy mərasimi davam edib. Sonradan bəy Nizami rayon Polis İdarəsi 24-cü polis bölməsinə dəvət olunub. Bəy izahat yazıb və sərbəst buraxılıb. İşi araşdıran təhqiqatçı Rövşən Rəhimlinin ANS PRESS-ə verdiyi məlumata görə, mübahisə toy qurtarana yaxın olub. Mübahisə valideynlərlə bağlı yaranmış narazıçılıq səbəbindən yaranıb. “Əslində elə ciddi hadisə olmayıb. Deyildiyi kimi bəy gəlini döyməyib. Problem artıq həll olunub”, - deyə Rövşən Rəhimli bildirib. Hadisə baş verən şadlıq sarayından ANS PRESS-ə bildirdilər ki, toyun ortasında bəy qəfildən gəlinlə mübahisəyə başlayıb. Sonradan onu vurub. Bundan sonra bir neçə dəqiqə toyda münaqişə yaranıb. Sonradan problem həll olunub. “Toy qurtaranda da hər şey qaydasında olub. Bəylə gəlin zaldan vağzalı havası ilə çıxıblar”, - deyə şadlıq sarayından bildirilib.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev 2027-ci ilin dövlət büdcəsindən bəhs edərkən çox vacib məqamlara toxunub.
Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.