banner
banner

Gündəm

Ramin Hacılı barəsində daha bir məhkəmə iddiası

Ramin Hacılı barəsində daha bir məhkəmə iddiası

Avropa ölkələrinə mühacirətə getmək istəyən şəxslərə saxta arayışlar verməkdə və dələduzluq etməkdə təqsirləndirilən Ramin Hacılı barəsində daha bir məhkəmə iddiası irəli sürülüb.

Cia.az qafqazinfo-ya istinadən xəbər verir ki, deputatlığa keçmiş namizəd, ictimai fəal Bəxtiyar Hacıyev R.Hacılının qeydiyyatda olduğu Füzuli Rayon Məhkəməsinə müraciət edərək, ona qarşı iddia qaldırıb.

Hacıyev Ramin Hacılının 2013-cü ildən bəri onun barəsində sosial şəbəkələrdə və mediada irəli sürdüyü iddialarin yalan və böhtan xarakterli olduğunu bildirib.

Buna görə də xüsusi ittiham qaydasında şikayət edərək, R.Hacılının Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə təqsirləndirilərək həbs edilməsini istəyib.

İyulun 1-də hakim şikayəti icraata götürüb, lakin bir neçə gün sonra R.Hacılı Baş Prokurorluq tərəfindən dələduzluq və saxta sənədlər düzəltmək ittihamı ilə saxlanılaraq həbs edilib.

Bu gün isə Bəxtiyar Hacıyevin hazırda həbsdə olan Ramin Hacılıya qarşı iddiası üzrə məhkəmə prosesi keçiriləcək.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.