banner
banner

Hərbİ

Ermənilər Şuşada və Naxçıvanda atəşkəsi pozdular - Rusiya izi varmı?

Ermənilər Şuşada və Naxçıvanda atəşkəsi pozdular -

Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisində işğalçı Ermənistan atəşkəsi növbəti dəfə pozub. Qanunsuz erməni silahlı dəstələri tərəfindən iyulun 13-də saat 21:34-də və saat 21:45-də Şuşa şəhəri ətrafındakı Azərbaycan Ordusunun mövqeləri pulemyot və avtomatlardan atəşə tutulub. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, bölmələrimizin şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur.

Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisində işğalçı Ermənistan atəşkəsi növbəti dəfə pozub. Qanunsuz erməni silahlı dəstələri tərəfindən iyulun 13-də saat 21:34-də və saat 21:45-də Şuşa şəhəri ətrafındakı Azərbaycan Ordusunun mövqeləri pulemyot və avtomatlardan atəşə tutulub. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, bölmələrimizin şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur.

Habelə ermənilər Naxçıvan istiqamətində də təxribat törədiblər.

İyulun 14-ü saat 10.00 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini müxtəlif çaplı silahlardan atəşə tutub.

Bu barədə musavat.com-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Nəticədə Azərbaycan Ordusunun hərbi qulluqçusu Mərdanlı İbadulla Məhsud oğlu yaralanıb. Yaralıya ilkin tibbi yardım göstərilib və o, tibb müəssisəsinə təxliyə olunub.

Cavab atəşi ilə düşmən susdurulub. Hazırda bu istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

Dünən saat 10.00-dan etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri davamlı olaraq Ermənistan-Azərbaycan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini  və ətraf ərazilərini müxtəlif çaplı silahlardan atəşə tutub.

Musavat.com xəbər verir ki, bu barədə Naxçıvan MR Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Nəticədə, mövqelərin qarşısında və ətraf ərazilərdə yanğınlar baş verib. Yanğın ocaqlarının söndürülməsinə cəlb olunan Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Sədərək rayon yanğınsöndürənlərinə qarşı saat 13.00 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri müxtəlif çaplı silahlardan atəş açıb.

Atəş nəticəsində Fövqəladə Hallar Nazirliyinin əməkdaşı, daxili xidmət mayoru Əhmədli Elvin Südeyif oğlu çiyin nahiyəsindən yaralanıb. Yaralıya ilkin tibbi yardım göstərilib.

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsi Ermənistan silahlı qüvvələrinin dövlət sərhədinin Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində Azərbaycan Ordusu mövqelərini atəşə tutması ilə bağlı məlumat yayıb.

Musavat.com-a daxil olan məlumatda deyilir:

“Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məlumat verdiyi kimi, 14 iyul 2021-ci il tarixində Ermənistan silahlı qüvvələri Ermənistan-Azərbaycan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində Azərbaycan Ordusunun mövqelərini atəşə tutub və nəticədə bir hərbi qulluqçumuz yaralanıb.

Son günlərdə Ermənistan tərəfinin ardıcıl şəkildə Azərbaycanın mövqelərini atəşə tutaraq, bölgədəki kövrək sülhü pozmaq cəhdlərini qətiyyətlə qınayırıq.

Azərbaycanın bölgədə sülh, əməkdaşlıq və dayanıqlı inkişafı təmin etmək istiqamətində addımlar atdığı bir vaxtda Ermənistanın bu kimi destruktiv yanaşma nümayiş etdirməsi qəbuledilməzdir.

Bölgədə vəziyyətin bu şəkildə inkişafının bütün məsuliyyəti Ermənistanın üzərindədir".

Qeyd edək ki, bundan öncə Zəngilan, sonra Ağdam, ardınca Tovuz, daha sonra Gədəbəy, Kəlbəcər istiqamətində ermənilər atəşkəsi pozmuşdular. Azərbaycan tərəfi bununla bağlı bəyanat verib. İndi də Şuşa ətrafındakı mövqelərimiz, Naxçıvan istiqaməti atəşə tutulur.

Bu, artıq ciddi siqnaldır.

Azərbaycan növbəti dəfə dəmir yumruğu düşmənin başına endirməlidirmi?

Çünki sərt cavab verilməsə, ermənilər daha da irəli gedə bilər. Atəşkəsi pozmalarının cavabı elə verilməlidir ki, bir daha Azərbaycana tərəf silah doğrultmağa cəsarətləri olmasın. Bəs bunun üçün Azərbaycan tərəfə nə mane olur?

Əsas sual: Bu təxribatların arxasında Rusiya dairələri dayana bilərmi?

Ekspertlər deyir ki, bu, Putinin öz imzasından, sözündən geri çəkilməsi demək olar. Tutaq ki, Rusiyanın planı olduğu bilinsə, təsbit edilsə, rəsmi Bakının buna reaksiya necə olacaq? Yaxud necə olmalıdır?

Emin Həsənli: “Yaxın illərdə mənzilsiz hərbi qulluqçu, şəhid ailəsi  qalmayacaq”

Emin Həsənli: “Gec-tez bu dəmir yumruq bir daha Ermənistanın başına dəyəcək”

Hərbi ekspert Emin Həsənli ermənilərin cavabının veriləcəyini söylədi: “Nəyi nə zaman etməyi Ali Baş Komandanımız yaxşı bilir. Ötən zaman bunu sübut edib. Azərbaycan dəfələrlə bəyan edib ki, Ermənistan ağlını başına yığmalıdır. Təkcə sərhəd yerlərində təxribatlar törədilmir. Daxildə də bu baş verir. Bu da onu göstərir ki, bunlar bir mərkəzdən idarə olunur. 10 noyabr və 11 yanvar bəyanatlarının ruhuna zidd addımlar atılmaqdadır. 2016-cı il hadisələrindən ermənilər dərs götürmədilər, 2020-ci il hadisələri baş verdi. Onda da bəziləri düşünürdü ki, Rusiya buna imkan verməyəcək. Bu sırada Amerika və Fransanın da adı çəkilirdi. Amma zaman bunun əksini sübut etdi. Bu cinayətlərin başında duran hər kəs cəzasını alacaq. Güclü ordumuz var. Tez-tez keçirilən təlimlər boşuna deyil. Bir sözlə, dəmir yumruq yerindədir. Gec-tez bu yumruq bir daha Ermənistanın başına dəyəcəkdir. Monitorinq Qrupunun üzvü olan Türkiyə və Rusiya konkret addımlar atmasa, yəni təxribatlar davam etsə, Azərbaycan öz haqqından istifadə edəcək”.

Dostumuzu itirdik” - Elxan Şahinoğlu vəfat edən diplomatdan yazdı | KONKRET

Elxan Şahinoğlu: “Keçmişdə də separatçılığa belə başlamışdılar”

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu antiterror əməliyyatını keçirməyin elə də asan olmadığını bildirdi: “Biz qəti addımlar atmaq barədə düşünməliyik. Sadəcə, olan çətinlik odur ki, bölgədə rus hərbçiləri yerləşib. Onun üçün antiterror əməliyyatı keçirmək o qədər də asan deyil. Amma biz artıq bu barədə nəsə düşünməliyik. Atəş açırlarsa, bu o deməkdir ki, sabitliyi pozmağa, quruculuq işlərinə mane olmağa çalışırlar. Keçmişdə də separatçılığa belə başlamışdılar. Bunun qarşısını almaq barədə ciddi düşünməliyik. Qarabağda antiterror əməliyyatlarını davam etdirməyə ehtiyac var. Böyük müharibə olmasa da, oradakı erməni terrorçular tərk-silah olunmalıdır. Burada başqa alternativimiz yoxdur. Bunu etməsək, atəşkəs pozulacaq, vətəndaşlarımız daim hədəf götürüləcək. Müharibə bitsə də, hesab edirəm ki, münaqişə hələ də davam edir. Nə qədər ki, bölgəyə nəzarəti tam edə bilməyəcəyik, münaqişə bitməyəcək. Qələbəmiz var, bu aydındır. Amma buna arxayın olmamalıyıq, ciddi planlar həyata keçirməliyik”.

Mütləq Papravənddə ev tikəcəyəm – Akif Nağı ilə “Şənbə etüdləri”

Akif Nağı: “Ermənilər özbaşına belə təxribatlara yol verməzlər”

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı Rusiya  izi barədə deyilənləri əsassız saymadığını bildirdi: “Azərbaycan müharibədə qalib gəlib və torpaqlarının böyük bir hissəsini işğaldan azad edib. Ermənistan çox dəhşətli bir durumdadır. Ona görə də vəziyyətdən çıxmağa çalışırlar. Rusiya Türkiyə və Azərbaycanın birlikdə qurduğu planla razılaşmalı oldu. Başqa çıxış yolu da yox idi. Amma sonda sülhməramlılarını Qarabağa yerləşdirdi. Bu oyunların hamısında Rusiyanın əli var. Ermənilər özbaşına belə təxribatlara yol verməzlər. Azərbaycan Türkiyə ilə birlikdə başladığı işi davam etdirməlidir. Burada məsuliyyətin böyük bir hissəsi qardaş ölkənin üzərinə düşür. Azərbaycan bütün məqamlardan istifadə etməlidir. Ermənilərin bütün əməlləri göz önündədir. Həmsədrlər yoxdur. Bunu belə qəbul etməliyik. Mətbuatda da xəbərlər getdi ki, ermənilər terror qrupları yaradırlar. Görünən odur ki, sakitləşməyəcəklər. Terror qrupları güclənəndən sonra təxribatlarının sayı daha da artacaq. Bunu qətiyyən unutmaq olmaz. Bütün işlərimiz Türkiyə ilə razılaşdırılmalıdır”.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.