banner
banner

Sosİal

Həkim: "Delta ştamına yoluxanlarda bu əlamət olur" - VİDEO

Həkim:

Delta ştamına yoluxan şəxslərdə xəstəlik özünü 3-5 gün ərzində büruzə verir.

Bunu ARB24-ün “İşgüzar səhər” verilişinə açıqlamasında həkim Aqil Axundov deyib. O bildirib ki, Delta ştamına yoluxan şəxslərdə daha çox burun axması müşahidə olunur:

“Əgər 100 min adam koronaya yoluxubsa, onların hamısında Delta ştamı olub-olmamasını müəyyənləşdirməyin mənası yoxdur. Çünki bu ştam ölkədə aşkarlanıbsa, demək müraciət edənlərin böyük əksəriyyətində Delta ştamıdır. Bu ştama qat-qat yumşalmış vəziyyətdə rast gəlinir. Gözdən yaş axır, dad və iybilmə çox az hallarda itir. Noyabr-dekabrda müşahidə etidiyimizdən fərqli olan isə daha çox burun axması və boğaz ağrısıdır. Qızdırma isə 37.4-37.5 dərəcə arasında olur. Müəyyən qədər ishal prosesi də özünü çox göstərir və xəstəliyin özünü büruzə vermək müddəti 2 dəfə qısalıb. Əgər adi koronaya yoluxma 2-21 gün ərzində müşahidə olunurdusa, bu ştam 3-5 gün ərzində özünü göstərir və 7 dəfə daha sürətli yayılır. Lakin artıq dünyanın bir çox ölkəsində vaksinasiya tətbiq olunub. Onun necə yayılacağı böyük sualdır”.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.