banner
banner

Dünya

Hillari Klintona gözlənilməz rəqib

Hillari Klintona gözlənilməz rəqib

ABŞ Demokrat Partiyasının üzvü və 2016-cı il seçkisi üçün prezidentliyə namizədliyini verən Hillari Klintonu dəstəkləyən aktyor Corc Kluni sürpriz edərək Klintona rəqib ola biləcəyini deyib.

Axar.az xəbər verir ki, Amerika mətbuatı çoxdandır siyasətə can atan Kluninin prezidentliyə namizədliyini verməsi xəbərini yayıb. Bu istəyə bir səbəb kimi də aktyorun keçən il Livan əsilli insan haqları üzrə vəkil Amal Amaluddin ilə evlənməsi göstərilir. Bu evliliyin əsil məqsədinin Kluninin prezident seçkilərində qalib gəlməsi olduğu iddia edilir.

Qeyd edək ki, aktyor evlənərkən dünya mətbuatı “Corc Kluni bu evliliklə Hollivud səhifəsini bağlayıb, siyasət səhifəsini açmaq istəyir”, – yazmışdı.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.