banner
banner

Hərbİ

FHN Ağdamda Xaçınçay su anbarının ətrafının minalardan təmizlənməsini həyata keçirir

FHN Ağdamda Xaçınçay su anbarının ətrafının minalardan təmizlənməsini həyata keçirir

Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə bir qrup jurnalist Ağdamda Qızıl Kəngərli kəndində, Xaçınçay su anbarı və ondan ayrılan beton kanalın ətrafının minalardan təmizlənməsi prosesi ilə tanış olur.

APA-nın Ağdama ezam olunmuş əməkdaşının məlumatına görə, FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin minatəmizləmə qrupunun komandiri, baş leytenant Süleyman Heydərov bildirib ki, digər dövlət qurumları ilə yanaşı, FHN-in qüvvə və vasitələri də işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə işlərinə cəlb edilib. Tapşırıqların icrası məqsədilə Xidmətin istehkam və pirotexnik bölmələrinin şəxsi heyətindən ibarət minatəmizləmə qrupları formalaşdırılıb.

Həmin qruplar Mülki Müdafiə Qoşunlarının tibbi təxliyə qrupları ilə birgə bölgəyə ezam ediliblər. Minatəmizləmə qrupları Türkiyədə müvafiq kurslar keçib və beynəlxalq sertifikatlarla təmin ediliblər.

S. Heydərov deyib ki, ilkin tapşırığa əsasən, Ağdamda Xaçınçay su anbarının ətraf ərazisi və anbardan ayrılan beton suvarma kanalının sağ-sol sahili təmizlənməlidir: “Qruplar hazırda bu təmizlənmə işlərini həyata keçirir. Tapşırıqların icrası dövründə ərazidə minaya rast gəlinməsə də, mina qədər təhlükəli gücə malik partlamamış hərbi sursatla tapılıb və müvafiq tədbirlər görülüb. Eyni zamanda aviabombalar vasitəsilə atılan bombacıqlara da rast gəlinib. Bunlar tennis topları boydadır və ərazidə olanların diqqətini cəlb edə bilər.

Buna görə də hər kəsə çağırış edirəm ki, belə sursatlarla qarşılaşdıqda FHN-in 112 zəng mərkəzinə məlumat versinlər”.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.