banner
banner

Gündəm

Hadı Rəcəblidən Azərbaycan türklərinə HƏQARƏT

Hadı Rəcəblidən Azərbaycan türklərinə

Deputat vətən xaininə “talış deyil, Lerikin türklər yaşayan kəndindəndir”

1993-cü ildə Azərbaycanın cənub zonasında “Talış-Muğan Respublikası” elan edən, bir müddət həbsdə qaldıqdan sonra vətəndaşlıqdan məhrum edilərək ölkədən deportasiya olunan Əlikram Hümbətov dünya ermənilərinin ünvanına müraciətlə çıxış edib. Özünü “Talış-muğan respublikası”nın prezidenti adlandıran separatçı Əlikram Hümbətov ermənilərə müraciətində qondarma “soyqırım” ilə əlaqədar başsağlığı verib: “Bu gün, erməni xalqı üçün belə bir gündə, biz talışlar, sizinlə bərabər kədərlənirik. Qoy yaradan sizə daha belə ağır sınaqlar göndərməsin!”.

O, erməni - talış dostluğundan da danışıb: “Allah erməni xalqına səbir versin! Qoy bizim erməni-talış dostluğumuzun təntənəsini qeyd edəcəyimiz gün gəlib çatsın. Talış xalqı bu gün sizinlədir, bizim qardaş erməni xalqımız! Yaşasın erməni-talış dostluğu! Yaşasın erməni xalqı! Yaşasın Böyük Ermənistan!”
O, həmçinin Azərbaycanın ünvanına da ittihamlar səsləndirib: “Biz talışlar, bu qəbildən olan vəhşiliklərdən xəbərdarıq. Biz onunla elə bu gündə qarşılaşırıq. Azərbaycan Respublikasında bizim ilə də belə davranıblar! Bizim minlərlə sadiq oğullarımız Azərbaycan MTN divarları arasında işgəncələrlə məhv edilib! Talışlar elə indi də öz doğma torpaqlarında qul vəziyyətində yaşayırlar!”.
Azərbaycanın cənub zonanın ziyalıları isə Əlikram Hümbətovun bu fikirlərinə sərt münasibət göstəriblər. Bu barədə saytımızda yazı gedib.
Cənub bölgəsindən olan, milliyyətcə talış olan deputat, parlamentin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli isə mövzu ilə bağlı qalmaqallı acılama verib. O, deyib ki, Ə.Hümbətovun talışların adından danışmağa haqqı yoxdur və “... o, ümumiyyətlə, milliyyətcə talış deyil, Lerikin türklər yaşayan kəndindəndir”. H.Rəcəbli qeyd edib ki, bütün hallarda Azərbaycan xalqı, xüsusilə də cənub bölgəsi Ə.Hümbətovu qəbul etmir: “Bu gün Azərbaycanın Əkrəm Əylislisi də var, Əlikram Hümbətovu da var. Bu insanları ilk gündən Azərbaycan cəmiyyəti qəbul eləməyib. Bu adamlar bizim üçün xəyanətkardır. Əlikram Hümbətovdan hələ soruşmaq lazımdır ki, talışca bilir ya yox?..”

Bizim şərh: Hesab edirik ki, hörmətli Hadı müəllim bu mövqeyi ilə yenidən ciddi bir yanlışa imza atıb. Ə. Hümbətovu “türkləşdirmək”, türk olduğu şübhə doğurmayan Əkrəm Əylislini də onunla eyniləşdirmək, onların xəyanətini “türklüyünə” bağlamaq qətiyyən doğru deyil və Azərbaycanın bütövlük konsepsiyasına ziddir. Ə. Hümbətov vətən xainidir, ermənidən də betərdir və belə birisinə götürüb “türk kəndindəndir” demək, Azərbaycanın türkəsilli əhalisinə həqarətdir. Ümid edirik ki, deputat H. Rəcəbli növbəti yanlış mövqeyini ən qısa zamanda düzəldəcək və Ə. Hümbətovun ünvanına onun layiq olduğu ifadələri səsləndirəcək.

Eyni zamanda, bu məsələyə heç dəxli olmadan yazıçı Əkrəm Əylislini də əlavə etmək deputatın məkrli niyyətindən xəbər verir. Yəni Hadı Rəcəbli demək istəyir ki, xain də, xəyanətkar da türklərdən çıxıb, onların talışlara heç bir dəxli yoxdur.

Azərbaycanın çörəyini yeyən, burada yüksək vəzifələr tutan, deputat seçilən, oliqarx kimi, böyük sərvətlərə malik olan birisinin bu mövqeyi yolverilməzdir və qətiyyən Ə. Hümbətovun yanaşmasından fərqlənmir. Sadəcə, ifadələr fərqlidir.(Musavat.com)



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.